“Qəbələ”nin rəqibində yeni müqavilə
26.10.2015 - 18:55
“Qəbələ”nin rəqibində yeni müqavilə

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sı daha bir futbolçusunu komandada saxlamaq qərarına gəlib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Tomas Tuhel Avropa nəhənglərinin maraq dairəsinə düşən yunanıstanlı müdafiəçi Sokratis Papastatopulosun qalmasını istəyib.

 

Futbolçu ilə aparılan danışıq qısa çəkib və Papastatopulos “Borussiya”da qalmaq qərarına gəlib. 27 yaşlı mərkəz müdafiəçisi klubla anlaşmasını 2019-cu ilə qədər uzadıb.

 

Qeyd edək ki, Papastatopulos cari mövsümdə “Borussiya”nın heyətində 20 rəsmi oyunda iştirak edib. O, ötən həftə “Qəbələ” ilə Bakıda keçirilən qarşılaşmada 90 dəqiqə iştirak etmiş və sarı vərəqə almışdı.