“Qəbələ”nin sabiq futbolçusu məşqlərə başladı
19.01.2015 - 00:28
“Qəbələ”nin sabiq futbolçusu və hazırda “Mordoviya”da forma geyinən Lorenso Ebesilio məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı yarımmüdafiəçi komandasının Antaliyadakı təlim-məşq toplanışında hazırlıqlara start verib.
23 yaşlı oyunçunun Bələkdə “Mordoviya”nın heyətində yoldaşlıq görüşündə meydana çıxması gözlənilir.
Qeyd edək ki, ötən mövsüm “Qəbələ”də çıxış edən Ebesilio yayda “Mordoviya”ya keçib. Lakin o, Rusiya klubunda yalnız 1 oyunda meydana çıxmağı bacarıb. Baldırı sınan Ebesilio uzun müddətdi yaşıl meydanlardan uzaqdı.
0
0