“Qəbələ”nin yeni baş məşqçisi: Kim varsa, onları oynadacam
09.12.2014 - 16:04
“Qəbələ”nin yeni baş məşqçisi: Kim varsa, onları oynadacam

“Muntyanunun istefasından sonra bu postu müvəqqəti olaraq mənə təklif etdilər. Əlimdən gələni edəcəm ki, rəhbərliyin etimadını doğruldum”. Bu sözləri apasport.az saytına açıqlamasında Dorinel Muntyanunun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq “Qəbələ”nin baş məşqçisi postuna gətirilən Sənan Qurbanov deyib.

 

“Qəbələ”ni qarşıdakı 3 oyuna çıxaracaq gənc çalışdırıcı əlindəki materialdan düzgün istifadə etməyə çalışacaq: “Bu komandanı Muntyanu formalaşdırmışdı. Mənə düşən odu ki, bu heyətlə 3 oyunda olsa belə, nəsə edim. Kim varsa, onları oynadacam. Vaxt çox azdı. Buna baxmayaraq, yaxşı nəticə göstərməyə çalışacam. Qarşıdakı 3 oyundan maksimum nəticə ilə ayrılmalıyıq”.

 

Qeyd edək ki, Sənan Qurbanov baş məşqçi postuna müvəqqəti gətirilib. Yanvarda baş məşqçi postuna xarici mütəxəssisin gətiriləcəyi gözlənilir.