“Qəbələ”nin zəif olduğunu deyə bilmərəm, amma bizim komanda daha güclüdü”
10.07.2014 - 09:32
“Qəbələ”nin zəif olduğunu deyə bilmərəm, amma bizim komanda daha güclüdü”

“Səfərdə yaxşı nəticə qazanmışıq. Bu, bizim üçün üstünlükdü”. Apasport.az xəbər verir ki, bu sözləri “Şiroki Briyeq”in müdafiəçisi Yosip Barişiç deyib

 

Yerli mətbuata açıqlama verən futbolçu bu gün Avropa Liqasının I təsnifat mərhələsində üzə-üzə gələcəkləri “Qəbələ” barədə danışıb: “Əsas istəyimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı. Azərbaycanda əldə etdiyimiz 2:0 hesablı qələbə yaxşı nəticədi. Mən “Qəbələ”nin zəif olduğunu deyə bilmərəm, amma bizim komanda daha güclüdü”.