“Qəbələ”yə özüm üçün oynamağa yox, komandaya kömək etməyə gəlmişəm. Yeni komandamla Azərbaycan çempionu titulunu və kuboku qazanmaq niyyətindəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin rusiyalı futbolçusu Marat İzmaylov deyib.
“Porto”dan icarəyə götürülən yarımmüdafiəçi Rusiya mətbuatına müsahibəsində yeni klubu və öz durumundan danışıb: “Mən çox ciddi köklənmişəm. “Qəbələ” ilə bir neçə məşq etmişəm. Hələlik fiziki cəhətdən çətinlik çəkirəm. Lakin üzərimdə çalışıram və mümkün qədər tez formamı bərpa edəcəyimi düşünürəm. Hələ çox işləməliyəm”.
Marat ölkəmizdən aldığı təklifin necə gerçəkləşməsinə də aydınlıq gətirib: “Bir gün axşam Yuri Syomin mənə zəng etdi. Onun təklifinə düşünmədən razılıq verdim və artıq ertəsi günün səhəri Bakıya uçdum. Oyunlar, məşqlər, futbol üçün darışmışam. 5 ay oynamamışam, düz-əməlli məşq etməmişəm. “Qəbələ”nin təklifi məni sevindirdi. Yuri Pavloviçə, klub rəhbərliyinə təşəkkür edirəm”.
İzmaylov Syominin karyerasında əhəmiyyətli yer tutduğunu da bildirib: “Böyük futbola onun rəhbərliyi altında gəlmişəm. Qayıdışım da onun rəhbərliyi altımda gerçəkləşir. Ümid edirəm ki, “Qəbələ”də daimi oyun praktikam olacaq və bunun sayəsində formamı bərpa edib “Porto”ya, öz ailəmə qayıdacam. Bilirəm ki. bu qədər kənarda qaldıqdan sonra “Porto”nun heyətinə düşmək həddən artıq çətindir. Orada rəqabət çox böyükdür. Nə agentim, nə də “Porto”mənə klub axtarırdı. Mən özüm problemlərimi həll edirdim. Klub da buna anlayışla yanaşırdı”.
Qeyd edək ki, “Qəbələ” Rusiya yığmasının sabiq futbolçusunu mövsümün sonuna qədər icarəyə götürüb.