“Qırmızı şeytanlar”ın 35 milyonluq arzusu
03.04.2015 - 18:51
“Qırmızı şeytanlar”ın 35 milyonluq arzusu

“Mançester Yunayted”  klubu “Sautgempton”un sağ cinah oyunçusu  Nataniel Klaynı heyətinə qatmaqda maraqlıdı. Apasport.az  saytının məlumatına görə, “qırmızı şeytanlar” İngiltərə yığmasının üzvü üçün 35 milyon avrosundan keçməyə hazırdı.

 

Böyük Britaniya  mətbuatında yer alan xəbərlərdə bildirilir ki, baş məşqçi Lui Van Qaal Klaynı Rafaelə alternativ futbolçu kimi görür.

 

Qeyd edək ki, gənc oyunçu 2012-ci ildə “Kristal Palas”dan indiki klubuna cəlb olunub və “Sautgempton”dakı uğurlu çıxışından sonra milli komandaya dəvət alıb.