“Qış çempionu” kim olacaq: “Qarabağ”, yoxsa bakılılar?
15.12.2014 - 13:45
“Qış çempionu” kim olacaq: “Qarabağ”, yoxsa bakılılar?

Topaz Premyer Liqasının XVII turu ilk yarının qalibinin adına aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, dekabrın 17-18-də keçiriləcək qarşılaşmalardan sonra “qış çempionu”nun müəyyənləşməsi 3 komandanın nəticələrindən asılıdı.

 

Belə ki, fasiləyə zirvədə yollanmaq şansları olan “Qarabağ”, “Neftçi” və “İnter”in cümə axşamı imza atacağı nəticələrin həlledici olması mümkündü. Çünki Ağdam təmsilçisi XVIII turun nəticələrindən asılı olmayaraq, fasiləyə 1-ci yollanmağa çox yaxındı.

 

Buna səbəb 2-ci olan “Neftçi”nin ilin son turunda istirahət etməsi, bu dəfə isə Bakı klublarının üz-üzə gəlməsidi. “İnter” paytaxt derbisində qalib gəlməsə, son çempion 2014-cü ili də zirvədə bitirməni indidən rəsmiləşdirmək imkanı qazanacaq.

 

“Qarabağ” bu tur “Xəzər Lənkəran”a qalib gəlsə və “Neftçi” “İnter”ə uduzmasa, ağdamlılar qış fasiləsinə ilk yarının qalibi kimi yollanacaq. Neftçi” qalib gəlsə, ağdamlılara 1 xal da kifayət edəcək.