“Qızıl top” Messiyə verilməlidi”
27.12.2014 - 13:38
Gələn ay sahibinə qovuşacaq “Qızıl top”la bağlı müzakirələr səngimək bilmir. Apasport.az xəbər verir ki, “Barselona”nın və İspaniya yığmasının yarımmüdafiəçisi Pedro Rodriges də bu mükafata namizədini açıqlayıb.
Onun sözlərinə görə, komanda yoldaşı Lionel Messi bu ada ən layiqli futbolçudu: “Kriştianu Ronaldo statistik baxımdan əla il keçirdi. Amma digər komponentlərin hamısında Messi onu qabaqlayır. Buna görə də, ilin ən yaxşı futbolçusu adına Messi layiqdi”.
Qeyd edək ki, “Qızıl top”a Lionel Messi və Kriştianu Ronaldo ilə yanaşı, qapıçı Manuel Noyer də namizəddi.
0
0