“Qızıl top” mükafatına Ronaldo layiqdi”
24.12.2014 - 22:26
“Qızıl top” mükafatına Ronaldo layiqdi”

“Qızıl top” mükafatına Ronaldo layiqdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın müdafiəçisi Serxio Ramos deyib.

 

İspaniya millisinin futbolçusu gələn il “Qızıl top”un kimin alacağı ilə bağlı suallara cavab verib: “Kriştianu qazanmağı sevir, uduzmağı isə heç istəmir. O, həmişə qalib gəlmək üçün mübarizə aparır. Ronaldonun dostu kimi, mən bunu yaxşı bilirəm. O, “Qızıl top”a sahib olsa, şad olaram. Futbol komanda idman növüdü. Fərdi mükafatlar komanda işi nəticəsində qazanılır”.

 

Xatırladaq ki, Ronaldodan başqa, bu mükafata “Barselona”nın hücumçusu Lionel Messi və “Bavariya”nın qapıçısı Manuel Noyer namizəddi.