“Real Madrid” klubu əfsanəvi Alfredo di Stefanonun daşıdığı 9 nömrəli futbolkanı əbədiləşdirib. Apasport.az saytının məlumatına görə, klubun prezidenti Florentino Peres artıq bu nömrə ilə heç kimin çıxış etməyəcəyini bəyan edib.
Peres di Stefanonun əfsanə olduğunu vurğulayıb: “Onun nömrəsi əbədiləşdirilməlidir. Dahi futbolçu xüsusi yanaşmaya layiqdir. Məsələn, “Ayaks”da Yohan Kroifin 14 nömrəsi, “Napoli”də Maradonanın 10 nömrəsi, “İnter”də Havyer Zanettinin 4 nömrəsi, “Şalke”də isə bizim Raula məxsus 7 nömrə əbədiləşdirilib. Hansı ki, onların heç biri di Stefanonun “Real” üçün etdiyi qədər iş görməyib”.
Əfsanəvi Alfredo di Stefano 11 il ərzində – 1953-1964-cü illərdə “Real”ın şərəfini qoruyub. O, bu müddətdə 282 oyuna çıxıb və 216 qol vurub.