“Real” Aquero ilə danışığa başladı
03.04.2015 - 08:19
“Real” Aquero ilə danışığa başladı

Madrid “Real”ı mövsümün sonunda heyətinə yeni hücumçu qatmağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, “kral klubu” “Mançester Siti”nin argentinalı futbolçusu Serxio Aquero ilə yaxından maraqlanır.

 

“Real”ın fransalı forvardı Kərim Benzemanın mövsümün sonunda komandadan ayrılacağı gözlənilir. Klub rəhbərliyi onun çıxışından, daha dəqiq desək, məhsuldarlığından tam razı deyil. Aqueronun məhz Benzemanın əvəzinə transfer ediləcəyi gözlənilir. İspanlar 27 yaşlı futbolçu ilə danışığa artıq başlayıblar.

 

Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”nin formasını geyinən Aquero İngiltərə Premyer Liqasının cari mövsümündə 23 oyunda 17 qola imza atıb.