“Real” azarkeşlərinə şad xəbər
15.02.2016 - 23:15
Madrid "Real"ının müdafiəçisi Marselo zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, futbolçu komandanın son hazırlığında ümumi qrupla məşq edib.
İspaniya mətbuatı iddia edir ki, onun Çempionlar Liqasının 1/8 finalında "Roma" ilə keçiriləcək ilk oyunda iştirak etməsi hələ ki sual altındadı.
İstənilən halda məşqçilərheyəti onu qorumaqda maraqlıdı. “Kral klubu”nun digər zədəli oyunçuları Pepe və Qaret Beyl isə hələ ki, məşq edə bilmir.
Qeyd edək ki, fevralın 17-də keçiriləcək "Roma" - "Real" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0