“Real” Kasilyasa əvəzləyici tapdı
03.04.2015 - 17:53
“Real” mövsümün sonunda komandadan ayrılmağı düşünən İker Kasilyasa əvəzləyici axtarır. Apasport.az saytı xəbər verir ki, “kral klubu”nun çərçivə üçün artıq iki namizədi var.
Madrid təmsilçisinin ilk hədəfi “Mançester Yunayted”in qolkiperi David De Xeadı. Onunla razılıq əldə olunmazsa, o zaman “Real” “Çelsi”də əsas heyətə düşə bilməyən və yayda komandadan getməyə hazırlaşan Petr Çexi heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, “Real”ın qapıçısı İker Kasilyas klubla müqavilə müddəti 2017-ci ilin yayına qədər olsa da, cari mövsümün sonunda klubunu dəyişmək barədə düşünür.
0
0