“Real” İspaniya Kral Kubokundan uzaqlaşdırılması qərarı ilə barışmır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, madridlilər məhkəməyə müraciət etmək fikrinə düşüb.
İspaniya Kral Kubokunun 1/16 final mərhələsində “Kadiz”lə qarşılaşmada cəzalı Denis Çerışevin oynaması İspaniya Futbol Federasiyasının “Real”ı turnirdən uzaqlaşdırılması ilə nəticələnib. Lakin bu qərarla razılaşmayan klub rəhbərliyi günahı federasiya və “Vilyareal”da görür. Belə ki, “kral klubu” futbolçunun passivində 3 sarı vərəqə olması ilə bağlı nə federasiyadan, nə də onun ötən mövsüm formasını geyindiyi “Vilyareal”dan məlumat verildiyini bildirib. Bu səbəbdən də “Real” İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.
Qeyd edək ki, “Real” “Kadiz”i 3:1 hesabı ilə məğlub etmişdi.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı