“Real Madrid” futbol klubu “Mançester Siti”nin futbolçusuna göz dikib. Apasport.az saytının məlumatına görə, madridlilər Argentina yığmasının 25 yaşlı hücumçusu Serxio Aquero üçün təklif hazırlayır.
Kral klubu Aquero üçün “Mançester Siti”yə 60 milyon funt sterlinq (74 milyon avro) ödəməyə hazırdır. Aqueronun “Real”ın transfer siyahısında birinci yerdə durduğu da bildirilir. Danışıqlar hələ başlamasa da, tərəflərin ən qısa müddətdə bir araya gələcəyi gözlənilir.
Qeyd edək ki, Aquero 2013/2014-cü il mövsümündə İngiltərə çempionatında 23 oyunda 17 qol vurub və 10 məhsuldar ötürmə edib. Xatırladaq ki, Aquero "Barselona"nın hücumçusu Messinin yaxın dostudur. Messi dəfələrlə klub rəhbərliyindən Aqueronun alınmasını xahiş edib.