“Real” uddu, “Atletiko”dan heç-heçə
26.08.2014 - 02:47
İspaniya çempionatında Madridin “Real” və “Atletiko” klubları ilk oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, “Real” ilk oyununu qələbə ilə başa vurub. “Atletiko” isə ilk turda 2 xal itirib.
“Real” öz meydanında “Kordova”ya 2:0 hesabı ilə qalib gəlib. Kral klubunun heyətində Kərim Benzema (30-cu dəqiqə) və Kriştiano Ronaldo (90-ci dəqiqə) fərqləniblər. İspaniya çempionu “Atletiko Madrid” isə “Rayo Valekano”nun müqavimətini qıra bilməyib. Oyun qolsuz bərabərliklə başa çatıb.
Xatırladaq ki, çempionluğa daha bir iddiaçı olan “Barselona” ilk turda qalib gəlib.
0
0