“Real” qış “transfer pəncərəsi”ndə heyətini gücləndirməyəcək. Apasport.az saytının xəbərinə görə, bu haqda Madrid klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib.
İtaliyalı çalışdırıcı “Mançester Yunayted”in hücumçusu Xavyer Ernandesin də komandada qalacağını bildirib: “Mən heyətdən razıyam. Sami Xediranın kiçik problemi var idi. Lakin Xese zədəsini bərpa etdi. Qışda komandaya heç kim lazım deyil. Buna ehtiyac yoxdu. Ernandesə gəlincə, meksikalı futbolçu komandada öz yerini bilir. O, ÇL-nin qrup mərhələsinin növbəti turunda oynayacaq. Xavyer yanvarda Madrid klubundan getməyəcək. Bundan başqa, bizim çox yaxşı hücumçularımız var”.
Qeyd edək ki, “Mançester Yunayted”ə məxsus olan Xavyer Ernandes “Real”da icarə əsasında forma geyinir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı