“Real” yenə bütün klubları qabaqladı
22.01.2015 - 12:56
“Real” yenə bütün klubları qabaqladı

Dünyanın ən varlı futbol klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ı ardıcıl 10-cu dəfə ən imkanlı klub adına sahib çıxıb.

 

2013/14 mövsümündə “kral klubu”nun gəliri 549,5 milyon avronu əhatə edib. Bu, əvvəlki mövsümlə müqayisədə 30,6 milyon avro çox olub. “Real” bu göstəriciyə Çempionlar Liqası, İspaniya Kuboku, Avropa Superkuboku və klublararası dünya çempionatının qalibi olmaqla imza atıb.

 

Dünyanın ən varlı 20 klubunun siyahısını sizə təqdim edirik:

 

1. “Real” (Madrid, İspaniya) – 549,5 milyon avro

2. “Mançester Yunayted” (İngiltərə) – 518 milyon avro

3. “Bavariya” (Almaniya) – 487,5 milyon avro

4. “Barselona” (İspaniya) – 484,6 milyon avro

5. PSJ (Fransa) – 474,2 milyon avro

6. “Mançester Siti” (İngiltərə) – 414,4 milyon avro

7. “Çelsi” (İngiltərə) – 387,9 milyon avro

8. “Arsenal” (İngiltərə) – 359,3 milyon avro

9. “Liverpul” (İngiltərə) – 305,9 milyon avro

10. “Yuventus” (İtaliya) – 279,4 milyon avro

11. “Borussiya” (Dortmund, Almaniya) – 261,5 milyon avro

12. “Milan” (İtaliya) – 249,7 milyon avro

13. “Tottenhem” (İngiltərə) – 215,8 milyon avro

14. “Şalke” (Almaniya) – 213,9 milyon avro

15. “Atletiko” (İspaniya) – 169,9 milyon avro

16. “Napoli” (İtaliya) – 164,8 milyon avro

17. “İnter” (İtaliya) – 164 milyon avro

18. “Qalatasaray” (Türkiyə) – 161,9 milyon avro

19. “Nyukasl” (İngiltərə) – 155,1 milyon avro

20. “Everton” (İngiltərə) – 144,1 milyon avro