“Real”a ağır cəza
04.12.2015 - 20:50
“Real”a ağır cəza

Madrid “Real”ı İspaniya kuboku yarışlarından kənarlaşdırılıb. Apasport.az saytının “Marka”ya istinadən məlumatına görə, buna “kral klubu”nun 1/16 final mərhələsi çərçivəsində “Kadiz”lə oyunda cəzalı oyunçunu oynatması səbəb olub.

 

Belə ki, həmin oyunda iştirak edən və bir qol vuran rus futbolçu Dmitri Çerışevin ötən mövsümdən qalan cəzası nəzərə alınmamışdı.

 

Qeyd edək ki, həmin matçda “Real” 3:1 hesabı ilə qələbə qazanmışdı.