Madrid “Real”ının zədəli futbolçulardan başı açılmır. Apasport.az saytının məlumatına görə, “kral klubu” PSJ ilə oynayacağı Çempionlar Liqası matçı öncəsi daha bir bəd xəbər alıb.
Belə ki, Fransa milli komandasının heyətində zədələnən və La Liqadakı “Levante” qarşılaşmasını da buraxan Benzemanın bu oyuna qədər sağalması gözlənilirdi. Ancaq son müayinələrdən sonra fransız futbolçunun 19 nəfərlik heyətə salınmamasına qərar verilib.
Çətin oyun öncəsi, xüsusilə də hücum xəttində ciddi problemləri olan madridlilərdə Qret Beyl, Kərim Benzema, Xames Rodriges, Pepe və Dani Karvaxalın oynamayacağı dəqiqləşib.