“Real”a Xorvatiyadan pis xəbər
15.10.2015 - 00:10
Madridin “Real” klubu ciddi itki ilə üzləşib. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, “kral klubu”nun xorvat futbolçusu Luka Modriç zədələnib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla oyunda dizindən zədələnən Xorvatiya millisinin kapitanının zədəsi ciddidir.
Klubun yaydığı açıqlamaya görə, Modriç qarşıdakı 2-3 həftə ərzində komandasına kömək edə bilməyəcək.
0
0