“Real”ın 16 yaşlı futbolçusu hədəflərini açıqladı
22.01.2015 - 20:30
“Real”ın 16 yaşlı futbolçusu hədəflərini açıqladı

“Real”ın yeni transferi Martin Edeqor “Kral klubu”ndakı hədəflərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 16 yaşlı yarımmüdafiəçisi Madrid təmsilçi ilə müqavilə imzaladıqdan sonra təəssüratlarını paylaşıb.

 

Norveç millisinin üzvü yeni komandasındakı kumirinin Ronaldo olduğunu bildirib: “Mən burada özümü evimdəki kimi hiss edirəm. “Real” mənə həm idmanda, həm də şəxsi planda ən yaxşı şəraiti yartdı. Bura mənim inkişafım üçün əla klubdu. Madrid təmsilçisində hədəfim – fərqi yoxdu, birinc və ikinci komandada ən yaxşı oyunçu olmaqdı. “Real” mənim üçün xəyaldı və böyük şərəfdi. Məşqlərə başlamağı səbirsizliklə gözləyirəm. Mənim “Real”da kumirim kimdi? Əlbəttə, Ronaldo. Kriştianu dünyada ən yaxşı oyunçudu, amma Beyl və İskonu da unutmayaq.”

 

Qeyd edək ki, Edeqor “Real”a “Stromsqodset”dən 4 milyon avro qarşılığında keçib. O, hələlik Madird klubunun ikinci komandası "Kastilya"da forma geyinəcək.