İspaniya La Liqasının XXII turu çərçivəsində “Visente Kalderon” satdionunda “Atletiko”ya 4:0 hesabı ilə məğlub olan “Real”ın hücumçusu Kriştianu Ronaldo oyundan sonra gecə klubunda ad gününü qeyd edib. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun səfərdə biabır hesabla uduzmasından sonra portuqaliyalı oyunçunun bu hərəkəti komanda yoldaşları tərəfindən xoş qarşılanmayıb.
Ronaldonun bayram təşkil etməsi bir sıra Madrid təmsilçisinin futbolçularının narazılığına səbəb olub. İndi onlar bu barədə Kriştianudan izahat tələb etməyə hazırlaşırlar.
Qeyd edək ki, əyləncə gecəsində Ronaldo 150-yə yaxın qonaq dəvət edib. Səhər saat 06:00-a qədər davam edən ad günü tədbirində “Real”ın futbolçularından Keylor Navas, Marselo, Sami Xedira, Pepe, Fabiu Koentrau, Luka Modriç və Xames Rodriqes də olublar.