“Real”ın futbolçusu məşqlərə başladı
15.10.2015 - 08:28
Madrid “Real”ının futbolçusu Serxio Ramos zədəsini sağaldıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi komanda ilə birgə məşqlərə başlayıb.
Çiynindən zədə alan Ramos İspaniya yığmasının son 2 görüşünü buraxmalı olmuşdu. Sıraya dönən futbolçu La Liqanın VIII turunda “Levante”yə qarşı oynaya biləcək. Ramosun özü də oynamağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Serxio Ramos İspaniya çempionatının cari mövsümündə 4 matçda meydana çıxıb.
0
0