“Real Madrid”in qapıçısı Dieqo Lopes yay transfer mövsümündə komandasını dəyişmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, buna 32 yaşlı futbolçunun təzyiqlərdən bezməsi səbəb olub. Onu almağa əsas namizədlərdən biri “Milan”dır.
Dieqo Lopes “Real”a 2013-cü ildə “Sevilya”dan keçib. O, bu mövsüm komandanın heyətində 31 oyun keçirib və 32 qol buraxıb. Lopes “Real”ın çempionatdakı əsas qapıçısıdır. Çempionlar Liqası və ölkə kubokunda isə komandanın şərəfini İker Kasilyas qoruyur. Yeri gəlmişkən, Kasilyas da mövsümün sonunda “Real”ı tərk edəcək.
Dieqo Lopesin qiymətinin təxminən 10 milyon avro olduğu bildirilir.