“Real”ın müdafiəçisi zədəsini sağaltdı
12.02.2015 - 21:01
“Real”ın müdafiəçisi Pepe zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu bu gün ümumi qrupda məşqlərə başlayıb.
İspaniya kubokunun 1/8 finalında yanvarda keçirilən "Atletiko"ya qarşı cavab matçında (2:2) zədələnən Pepenin Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə görüşdə oynayacağı gözlənilir.
Qeyd edək ki, 31 yaşlı futbolçu Madrid derbisində matçın 59-cu dəqiqəsində zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalıb.
0
0