“Real Madrid”in prezidenti Florentino Perez komandasının İspaniya çempionatında “Selta”ya uduzduğu oyundan sonra soyunub-geyinmə otağına girərək futbolçular və texniki heyətlə sərt danışıb. Apasport.az saytının məlumatına görə, klub prezidenti onları qeyri-professionallar adlandırıb.
Bəzi məlumatlara görə, Perez “Real”ın Çempionlar Liqasının finalında “Atletiko Madrid”ə qalib gələrək kuboku almadığı təqdirdə istefaya gedəcəyini bildirib. Klub prezidenti bir qədər də irəli gedərək futbolçuları ittiham edib, onları çempionat oyunlarını unudaraq ancaq Çempionlar Liqası barədə düşünən qeyri-professionallar adlandırıb.