“Real”ın problemləri məni maraqlandırmır”
10.02.2015 - 22:07
“Real”ın problemləri məni maraqlandırmır”

“Real”ın problemləri məni maraqlandırmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike deyib.

 

İspaniyalı mütəxəssis La Liqanın son turu çərçivəsində “Atletiko”ya 4:0 hesabı ilə məğlub olan Madrid “Real”ın çıxışını dəyərləndirmək istəməyib: “Bu, onların öz işidi. Biz öz üzərimizdə hazırlaşmalıyıq. Hər komandada xal itkisi və məğlubiyyət baş verir. Həmişə baş məşqçilər əmindirlər ki, onların komandası zirvəyə yüksələcək. Amma yenə də heç vaxt arxayın olmaq olmaz. Gəlin mövsümün sonunu gözləyək və görəcəyik ki, kim birinci olacaq”.

 

Qeyd edək ki, aktivində 54 xal malik olan “Real” İspaniya çempionatının 22 turundan sonra turnir cədvəlinə başçılıq edir. “Barselona” isə 53 xalla 2-cidi.