“Real”ın yarımmüdafiəçisi ölkəsində ən yaxşı seçildi
09.01.2015 - 22:20
Almaniya Futbolol Federasiyası 2014-cü ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib. Apasport.az saytı xəbər verir ki, hər il azarkeşlər tərəfindən keçirilən sorğunun nəticəsinə görə, "Real"ın yarımmüdafiəçisi Toni Kroos ilin ən yaxşısı seçilib.
25 yaşlı oyunçu 40,6% səs toplayıb, ikinci olan Miroslav Klozeni 1,9% səslə qabaqlayıb. “Qızıl top” mükafatına namizəd olan Manuel Noyer fanatların yalnız 6,6% səsini qazanaraq, üçüncü olub.
Xatırladaq ki, alman azarkeşləri son üç ildə ən yaxşı futbolçu Məsut Özil seçirdi. Bu dəfə "Arsenal"ın futbolçusu cəmi 2% səs toplayıb.
0
0