“Real Madrid” “Çelsi”nin müdafiəçini almaq istəyir
21.05.2014 - 20:34
“Real Madrid” “Çelsi”nin müdafiəçini almaq istəyir

 

“Çelsi”nin müdafiəçisi Eşli Koul karyerasını “Real Madrid”də davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, kral klubu 33 yaşlı futbolçuya 2 illik müqavilə təklif edir.

 

Koulu “Liverpul”, “Mançester Siti”, “Tottenhem” və “Monako” da öz sıralarında görmək istəyir. Qeyd edək ki, futbolçu bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 26 oyun keçirib.