“Rəqibi təbrik edirəm”
16.03.2014 - 20:08
“Rəqibi təbrik edirəm”

Rəqibi təbrik edirəm. Öz komandamı da təbrik edirəm, bacardığımız qədər mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan” klubunun baş məşqçisi Güvenc Kurtar deyib. 

 

Kurtar bərabərlik üçün oynadıqlarını bildirib: “Əsas heyətin 8 futbolçusu bu gün heyətdə olmasa da, bura ən azından heç-heçə üçün gəlmişdik. Təəssüf ki, cərimə zərbəsindən vurulmuş qol planlarımızı alt-üst etdi. Ardınca da ikinci qolu buraxdıqdan sonra qalib gəlmək şansımız azaldı. “Simurq” doğma meydanda çox yaxşı oynayan komandadır. Daha da yaxşı oynaya bilərdik, heç-heçə edə bilərdik. Qarşıdakı kubok oyununa hazırlaşacağıq. Cəzalı və zədəli futbolçularımız var. Hər iki komandanı təbrik edirəm”.

 

 

0