“Rəvan” 3-cü pilləyə yüksəldi
29.09.2014 - 18:38
Azərbaycan I Divizionunun I turundan təxirə salınmış “Bakılı” – “Rəvan” oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, oyun qonaqların qələbəsi ilə yekunlaşıb.
Belə ki, “Rəvan” rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 4 oyundan sonra aktivində 8 xal olan “Rəvan” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Azərbaycan I Divizionunun I turundan təxirə salınmış oyunu
29 sentyabr
“Bakılı” - “Rəvan” – 0:2
Qollar: Elgün Abbaslı, 75, Vüsal Qarayev, 87
0
0