“Rəvan” 5 futbolçu ilə müqavilə bağladı
31.01.2014 - 23:07
Topaz Premyer Liqasının ikinci hissəsinə ciddi hazırlaşan "Rəvan” heyətini 5 futbolçu ilə gücləndirib. Apasport.az klub saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi legionerlə rəsmi müqavilə bağlayıb.
Bunlar braziliyalılar – yarımmüdafiəçi Tyaqo Mirasema və müdafiəçi Julio Sezar, sloveniyalı müdafiəçi Mitya Moriç, bosniyalı müdafiəçi Boyan Markoviç və nigeriyalı hücumçu Oke Akpovetadır. Legionerlərin hamısı ilə 1,5 illik müqavilə imzalanıb.
0
0