“Rəvan” – yüzdə qalan, düzdə qalar
21.05.2014 - 10:03
“Rəvan” – yüzdə qalan, düzdə qalar

Topaz Premyer Liqasının XXXVI – sonuncu turu çempionatın iki autsayderi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, son pillələrdə qərarlaşan “Sumqayıt”la “Rəvan” yüksək dəstədə yubiley – 100-cü matçlarını keçirib.

 

2011-ci ildə Premyer Liqada debüt edən cütlük əvvəlki 2 mövsümdə 32, özlərinin 3-cü mövsümündə 36 çempionat matçına çıxıb. Hər iki komanda yubiley matçında 3 qol buraxıb. “Sumqayıt” “Qəbələ”yə 1:3, “Rəvan” “Bakı”ya 2:3 hesabı ilə uduzub.

 

Premyer Liqanı tərk edən “Rəvan” 100 oyunda 26 qələbə qazanıb, 25 heç-heçə edib və 49 dəfə uduzub. Bakılılar 107 top vurub və 156-nı buraxıb. Onlar 3 mövsümə ümumilikdə 93 xal toplayıb.

 

“Sumqayıt” isə 84 xalı 20 qələbə və 24 heç-heçə ilə yığıb. 56 məğlubiyyəti olan komanda 85 qol vurub, 162-ni buraxıb.