“Rəvan” braziliyalıları sınayır
17.01.2014 - 12:27
“Rəvan” braziliyalıları sınayır

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Rəvan”ın düşərgəsində yeni əcnəbi futbolçular yer alıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun türkiyəli baş məşqçisi Güvənc Kurtar braziliyalı oyunçuları sınayır.

Son iş yeri Braziliyanın “Central Sport” klubu olan Julio Sezar Mendes Moreira sol cinah yarımmüdafiəçisidir. 30 yaşlı futbolçu vaxtilə Türkiyənin “Dənizlispor” klubunda Kurtarın rəhbərliyi altında çıxış edib.

Baxışda olan digər futbolçunun - Tyaqo Mirasemanin da son iş yeri Braziliya klubu olub. 26 yaşlı cinah hücumçusu “Rəvan”ın düşərgəsinə “Braqantino”dan gəlib.

Qeyd edək ki, qış fasiləsində “Rəvan”ın 4 futbolçu - Sebastyan Kastro-Telyo, Sahib Savankulov, Fredrik Holster və Rəşad Abdullayev tərk etsə də, hələlik yeni oyunçu alınmayıb.