“Rəvan” daha bir legionerlə vidalaşdı
07.02.2014 - 12:47
“Rəvan” daha bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumata görə, “aslanlar” slovakiyalı İvan Pexa ilə vidalaşıb.
2009-2011-ci illərdə “Xəzər Lənkəran”ın da şərəfini qoruyan 28 yaşlı müdafiəçi ötən ilin yayında Belarusun “Neman” klubundan “Rəvan”a keçmişdi. O, mövsümün ilk yarısında 17 görüşdə meydana çıxıb və 4 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Rəvan” qış fasiləsində Sahib Savankulov, Fredrik Holster, Rəşad Abdullayev, Kristian Torres və Vüsal Qarayevlə əməkdaşlığa xitam verib.
0
0