AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanmaq məqsədi ilə Zaqatalaya toplanışa yollanan "Rəvan” bu gün Bakıya dönür. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "aslanlar” dünən hazırlıq dönəmində son yoxlama oyununa çıxıblar.
Tiflisdə Gürcüstanın elita təmsilçisi "Saburtalo” ilə qarşılaşan paytaxt klubu rəqibini məğlub edib - 3:0. Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqləniblər.
Bu matçda yoxlanışda olan Alibobo Raxmatullayev də forma geyinib. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.
Qeyd edək ki, "Rəvan” ilk yoxlama oyununu Zaqatalada şəhərin eyniadlı təmsilçisinə qarşı keçirmiş və görüş qolsuz bərabərliklə yekunlaşmışdı.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA