“Rəvan” qayıtdı
27.01.2014 - 22:11
“Rəvan” qayıtdı

Mövsümün ikinci yarısına böyük ümidlərlə hazırlaşan "Rəvan” Antalya toplanışını başa vurub. Apasport.az klub saytına istinadən xəbər verir ki, “aslanlar” bu gün Bakıya dönüb.

 

3-cü dövrənin ilk turu çərçivəsində "Bakı” ilə fevralın 2-də qarşılaşacaq Güvenç Kurtarın komandası sabahdan hazırlığın son mərhələsinə başlayacaq. Məşqlər "Bayıl Arena”da keçiriləcək.

 

Qeyd edək ki, "Rəvan” qış hazırlığı çərçivəsində 4 yoxlama oyunu keçirib. İlk oyunda "Sumqayıt”la heç-heçə (0:0) edən komanda, sonra bütün matçları qalib başa vurub: "Araz Naxçıvan” (1:0), "Uniao”, Braziliya (2:1), "Universitatya Krayova”, Rumıniya (1:0). Xorvatiya elitasının təmsilçisi "Split”ə qarşı oyun isə əlverişsiz hava şəraitini görə baş tutmayıb.