“Rəvan”dan ayrılan məşqçi sevindi
12.01.2015 - 09:55
“Rəvan”dan ayrılan məşqçi sevindi

“Rəvan”ın sabiq baş məşqçisi Güvənc Kurtarın işsiz günləri başa çatıb. Apasport.az saytının məlumatına görə, 2013/2014 mövsümü bitdikdən sonra Bakı klubundan göndərilən türkiyəli çalışdırıcı nəhayət özünə yeni iş yeri tapıb.

 

Belə ki, o, PTT I Liqa təmsilçisi “Adanaspor”un baş məşqçisi postuna gətirilib. Dünən axşam saatlarında Adanaya yollanan 64 yaşlı mütəxəssis klubla rəsmi müqaviləyə qol çəkib. Bu postda Levent Erişi əvəzləyən Kurtar yeni komandasını ilk məşqə də çıxarıb.

 

Qeyd edək ki, 1990-cı ildən məşqçiliyə başlayan Kurtar bu vaxta qədər 16 klub çalışdırıb. “Adanaspor” onun işləyəcəyi 17-ci klub olacaq.