“Rəvan”dan qaçan futbolçu I divizionda
06.02.2014 - 17:53
“Rəvan”dan qaçan futbolçu I divizionda

“Rəvan” klubundan müəmmalı şəkildə ayrılan Sebastyan Kastro-Telyonun yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən ilin oktyabr ayında ailə məsələlərini əsas gətirərək klubdan icazə alan, daha sonra geri qayıtmaqdan boyun qaçıran Çili əsilli isveçli futbolçu I divizionda çıxış edəcək.

Kastro-Telyo İsveçin “Degerfors” klubu ilə 2015-ci ilə qədər müqavilə bağlayıb.

Qeyd edək ki, son 7 ili vətənində “Hammarbü” klubunda keçirən isveçli hücumçu “Rəvan”a icarə əsasında keçmişdi. Lakin onun paytaxt klubu ilə 1 illik müqaviləsi olsa da, ölkəmizdə cəmi 2 ay çıxış etdi və bu müddətdə 1 qol vurdu.