“Rəvan”ın futbolçularında qorxu yaranıb
08.02.2014 - 17:48
“Rəvan”ın futbolçularında qorxu yaranıb

“Oyunun böyük hissəsini azlıqda oynamağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. Bu cür güclü rəqibə qarşı azlıqda yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Güvenc Kurtar deyib.

 

Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının XX turunun “İnter”lə qarşılaşmasındakı 1:2 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Qapı dirəyinə tuş gələn zərbəmiz oldu. Hakimin qəribə qərarları var idi. Topa oynayan futbolçularımızda sarı vərəqələrlə qorxu yaratdı. Mübahisəli vəziyyətlərdə “İnter”in lehinə qərarlar verirdi. Qələbə qazanmağı çox istəyirdik. Bu cür məğlubiyyət üzücüdür, lakin futbolçularımı oyuna görə təbrik edirəm. Uğurlu əvəzetmələrlə oyuna müdaxilə etsək də, 94-cü dəqiqədəki 11 metrlik cərimə zərbəsi planlarımızı pozdu”.

 

Mənbə: pfl.az