“Rəvan”ın rəqibləri bəlli oldu
17.01.2014 - 18:10
"Rəvan” klubunun yoxlama matçlarına qarşılaşacağı rəqiblərin kimliyinə aydınlıq gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən paytaxt klubu ilk olaraq Braziliya təmsilçisi "Uniao” ilə qarşılaşacaq. Oyun ayın 19-da keçiriləcək.
3 gün sonra isə Rumıniya I divizion təmsilçisi "Universitatya Krayova” ilə qarşılaşacaq “Rəvan”ın sonuncu matçı yanvarın 25-ə təyin edilib Rəqib isə Xorvatiyanın "Split” klubudur.
0
0