“Rəvan”ın sabiq baş məşqçisi istefa verdi
24.03.2015 - 21:34
Türkiyə PTT I liqasında baş məşqçi istefası baş verib. Apasport.az saytının məlumatına görə, "Adanaspor"un çalışdırıcısı Güvənc Kurtar istefa verib.
Buna ötən gün I liqanın son turu çərçivəsində "Altınordu" ilə oyundakı məğlubiyyət (1:3) səbəb olub. Həmin qarşılaşmadan sonra azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun baş məşqçisi Kurtar işindən getmək istədiyini bildirib. Rəhbərlik 64 yaşlı mütəxəssisin istefasını qəbul edib.
Qeyd edək ki, Güvənc Kurtar 2014-cü ilin yanvar-may aylarında Bakının "Rəvan" klubunda işləyib.
0
0