Topaz Premyer Liqasının II turunda “Qarabağ” “İnter”lə qarşılaşdı. Apasport.az saytı xəbər verir ki, ilk turda əcnəbi oyunçu limitini pozduğu üçün texniki məğlubiyyətlə üzləşən Ağdam təmsilçisi paytaxt klubunun müqavimətini qıra bilmədi. Qolsuz bərabərliklə başa çatan oyun “Qarabağ”ın aktivinə 1 xal yazdı.
Görüşdən sonra fikirlərini açıqlayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, komandası üçün “İnter”ə qarşı oynamaq çətindi: “İnter”in özünəməxsus oyun üslübu var, daha çox düşünməli oluruq. Heç-heçəni normal nəticə sayıram. Fikrimiz Avropa Liqasındadır, çempionata tam hazırlaşmamışıq. Ağır oyun olmasına baxmayaraq, komanda əlindən gələni etdi. Nəticəni oyuna görə ədalətli sayıram.
İlqar Qurbanov qarşıdakı görüşdə oynayacaq, Maksim Medvedevin isə zədəsi tam sağalmayıb. Lakin, “18-lik”də olacaq. Reynaldonun məsələsində son nöqtə qoyulub. Bizimlə müqaviləsi var və komandanın uğurları üçün çalışır” (pfl).