“River Pleyt” sonuncu turda Argentina çempionu oldu
20.05.2014 - 04:32
“River Pleyt” Argentina çempionatının son turunda “Kilmes”i darmadağın edərək çempion titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, “River Pleyt” bununla 35-ci dəfə ölkənin ən güclü klubu titulunu əldə edib.
“River Pleyt” son turda “Kilmes”ə 5:0 hesabı ilə qalib gəlib. Qalib komandanın heyətində Fernando Kavaneqi dublla fərqlənib. Bu, “River”in 2008-ci ildən bu yana ilk çempionluğudur.
İkinci yeri son turda “Tiqre”yə 2:1 hesabı ilə məğlub olan “Estudiantes” tutub.
0
0