İtaliya çempionatının 22-ci turunun təxirə salınmış bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, təxirə salınmış matçda “Roma” və “Parma” üz-üzə gəliblər.
İki ay öncə keçirilməli olan oyun pis hava şəraitinə görə təxirə salınmışdı. Romada yağan leysan yağışı səbəbindən hakim oyunu 9-cu dəqiqədə dayandırmışdı. Bugünkü oyun da dayandırıldığı 9-cu dəqiqədən başlayıb.
“Roma”nın böyük üstünlüyü şəraitində keçən oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdən sonra “Roma” ilə lider “Yuventus” arasındakı xal fərqi 8-ə enib.
İtaliya çempionatı
22-ci tur
“Roma” – “Parma" - 4:2
Qollar: Gervinho, 12; Totti, 16; Pjanic, 49; Taddei, 82 – Acquah, 15; Biabiany, 90