“Roma” braziliyalı futbolçu ilə anlaşdı
31.01.2014 - 22:18
“Roma” braziliyalı futbolçu ilə anlaşdı

“Sao Paulo”nun futbolçusu Rafael Toloy karyerasını İtaliya  A Seriyasında davam etdirəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Roma” 23 yaşlı müdafiəçini heyətinə qatıb.

 

Anlaşmaya görə, braziliyalı mövsüm sonuna qədər paytaxt klubunda icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Toloy 2012-ci ildən Braziliya təmsilçisinin formasını geyir.