“Roma” braziliyalı futbolçu ilə müqavilə imzaladı - FOTO
20.01.2014 - 23:37
“Lion” və “Şalke” kimi klubların formasını geymiş braziliyalı futbolçu Mişel Bastos “Roma” ilə anlaşıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayin” klubunun müqaviləli futbolçusu olan Bastos mövsüm sonuna qədər İtaliya A Seriyasında çıxış edəcək. Paytaxt təmsilçisi bu keçid üçün 1.1 avro ödəyəcək. Anlaşmaya əsasən “Roma” mövsüm sonu 3.5 milyon avro ödəyib, 30 yaşlı sol cinah müdafiəçisini ala bilər.
0
0