“Roma” Eşli Koulla müqavilə imzaladı
08.07.2014 - 04:31
“Roma” Eşli Koulla müqavilə imzaladı

 

“Roma” futbol klubu “Çelsi”nin keçmiş müdafiəçisi Eşli Koulla 2 illik müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

 

Razılaşma müqavilənin sonradan daha bir il müddətinə uzadılmasını nəzərdə tutur. Koul “Roma”ya “Çelsi” ilə müqaviləsi başa çatandan sonra azad agent qismində keçib.

 

Eşli Koul “zadəganların” heyətində 2006-ci ildən çıxış edir. O, “Çelsi”yə “Arsenal”dan keçib. Müdafiəçi “Çelsi”nin heyətində Çempionlar Liqasının, Avropa Liqasının, ölkə çempionatının, İngiltərə Kubokunun, İngiltərə Liqası Kubokunun və İngiltərə Superkubokunun qalibi olub. Bu mövsümün sonunda London klubu futbolçu ilə müqaviləni uzatmamaq qərarına gəlib.