“Roma”da Totti sevinci
20.02.2014 - 01:10
Zədə səbəbindən son oyunda komandasına kömək edə bilməyən “Roma”nın hücumçusu Françesko Tottinin vəziyyəti yaxşılaşır. Apasport.az saytının məlumatına görə, bu barədə “Football İtalia” xəbər yayıb.
Belə ki, “Latsio” matçında (9 fevral) baldırından zədələnən 37 yaşlı futbolçunun növbəti turda meydana çıxmasa da, 1 martda “İnter”ə qarşı oynaya biləcəyi deyilir.
Qeyd edək ki, Totti 1992-ci ildən "Roma" klubunda çıxış edir.
0
0